Logo

Boksçumuz 1/8 finala yüksəldi

Boksçumuz 1/8 finala yüksəldi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Polşanın Kieltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.

Sfera.az xəbər verir ki, mundialın dördüncü günündə Azərbaycan millisinin daha 3 üzvü mübarizəyə qoşulub.

Onlardan Murad Allahverdiyev (81 kq) ilk döyüşünü qələbə ilə başa vurub. Yeniyetmələr arasında Avropa çempionumuz 1/16 final mərhələsi çərçivəsində Domeniko Vingiquerranı (İtaliya) məğlub edib – 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28).

O, 1/8 final qarşılaşmasında Kaan Aykutsunla (Türkiyə) üz-üzə gələcək. Görüş aprelin 18-də baş tutacaq.
Allahverdiyevdən fərqli, Elmir Novruzov (64 kq) və Cəfər Heydərlinin (75 kq) debütü uğurlu alınmayıb. Onlar müvafiq olaraq, Darian Kastro (Kuba) və Villiam Çolova (Bolqarıstan) uduzublar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR