Logo

Çempionlar Liqasında yarımfinalın təqvimi açıqlandı

Çempionlar Liqasında yarımfinalın təqvimi açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin təqvimi bəlli olub.

Sfera.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə təmsilçiləri "Çelsi" və "Mançester Siti" ilk oyunlarını səfərdə keçirəcək.

"Zadəganlar" aprelin 27-də ispaniyada "Real Madrid", "şəhərlilər" isə 1 gün sonra Fransada PSJ ilə üz-üzə gələcəklər.

Komandalar arasında cavab matçları isə 4-5 mayda olacaq. İlk oyun günündə "Mançester Siti" - PSJ, növbəti gündə isə "Çelsi" - "Real Madrid" matçları oynanılacaq.

Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, final oyunu mayın 29-da Türkiyənin İstanbul şəhərində keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR