Logo

Neymar PSJ-dəki taleyinə aydınlıq gəldi

Neymar PSJ-dəki taleyinə aydınlıq gəldi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fransa PSJ-sinin futbolçusu Neymar klubla müqaviləsinin uzadılma məsələsinə münasibət bildirib.

Sfera.az ESPN-ə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu sözləşməsinin yenilənməsinin artıq problem olmadığını bildirib.

Braziliyalı oyunçu Parisdə xoşbəxt olduğunu söyləyib: "PSJ ilə müqavilənin uzadılması artıq problem deyil. Parisdə özümü evimdəki kimi hiss edirəm və əvvəlkindən də xoşbəxtəm".

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ilin yayında 222 milyon avro qarşılığında İspaniya "Barselona"sından keçib. Onun hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR