Məşhur futbolçu 39 yaşında karyerasını bərpa etdi

Məşhur futbolçu 39 yaşında karyerasını bərpa etdi
Fransa millisinin sabiq üzvü, məşhur futbolçu Cibril Sisse karyerasını bərpa edib.

Sfera.az xəbər verir ki, 39 yaşlı hücumçu ABŞ-ın 4-cü divizion təmsilçisi "Panatinaikos Çikaqo”  ilə müqavilə imzalayıb. Bu barədə klubun "İnstaqram" səhifəsi məlumat yayıb.

Qeyd edək ki, Sissenin son klubu 2017/18 mövsümündə oynadığı və 27 qol vurduğu İsveçrə "İverdon-Sport”u olub.

OXŞAR XƏBƏRLƏR