Logo

“Böyük dəbilqə” ikinci günə yekun vuruldu

“Böyük dəbilqə” ikinci günə yekun vuruldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tbilisidə keçirilən və Azərbaycan komandasının da iştirak etdiyi "Böyük dəbilqə” turnirinin ikinci gününün yarışlarına yekun vurulub.

Sfera.az xəbər verir ki, aktivində 2 bürünc medal olan komandamız yekun nəticəyə görə 13-cü sırada yer alıb.

Bürünc medalları yığmamızın hesabına Kəramət Hüseynov (60 kq) və Murad Fətiyev (87 kq) yazdırıb. Medalların sayına görə, birinci pillədə 2 qızıl, 1 bürünc medalla Monqolustan komandası qərarlaşıb.

Martın 28-dək davam edəcək turnirdə 80 ölkədən 464 cüdoçu mübarizə aparır. Azərbaycan yarışda 11 idmançı ilə təmsil olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR