Logo

DÇ-2022-nin seçmə mərhələ matçı təxirə salına bilər

DÇ-2022-nin seçmə mərhələ matçı təxirə salına bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 

DÇ-2022-nin seçmə mərhələsinin Albaniya – İngiltərə oyunu ləğv oluna bilər.

Sfera.az-ın məlumatına görə, bu barədə Albaniya Futbol Assosiasiyası rəsmi saytı vasitəsilə xəbər yayıb.

Bildirilib ki, təhlükəsizlik tədbirlərinə yerli polis şöbəsi zəmanət vermədiyi üçün qarşılaşma baş tutmaya bilər: "Tirana Polis Şöbəsindən federasiyaya Albaniya - İngiltərə görüşündən əvvəl və sonra təhlükəsizlik tədbirlərinə zəmanət verilmədiyi barədə məktub gəlib. Albaniya Futbol Assosiasiyası aidiyyəti strukturlardan təcili cavab tələb edir. Matçın ləğvi ölkənin, millinin imici və ümumiyyətlə, Albaniya futbolu üçün fəlakətli nəticələrə səbəb ola bilər”.

Qeyd edək ki, Albaniya – İngiltərə görüşü martın 28-də keçirilməlidir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR