Logo

Fatih Terim və köməkçisi cəzalandırıldı

Fatih Terim və köməkçisi cəzalandırıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Fatih Terim və köməkçisi Ümit Davala cəzalandırılıb.

Sfera.az-ın məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi qərar qəbul edib. Hər iki mütəxəssis 2 oyunluq diskvalifikasiya olunub və 13 000 türk lirəsi (2 775 manat) məbləğində cərimələnib.

Onlar Superliqada XXXI turun "Rizespor"a 3:4 hesablı ev məğlubiyyəti ilə bitən oyunundan sonra hədə-qorxu gəlməkdə ittiham olunublar. Terim və Davala "Hatayspor" və "Fatih Karagümrük"lə növbəti oyunlarda paltardəyişmə otağı və ehtiyat oyunçular skamyasında yer ala bilməyəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR