Logo

Millimizin hücumçusu rəsmən “Krasnodar”da

Millimizin hücumçusu rəsmən “Krasnodar”da
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın qadınlardan ibarət milli komandasının futbolçusu Sevinc Cəfərzadə Rusiyanın "Krasnodar” klubuna transfer olunub.

Sfera.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.  27 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanılıb. Cəfərzadə sözləşməyə azad agent statuslu oyunçu kimi imza atıb.

O, əvvəllər "Lənkəran”, "Fidan”, "Zaqatala”, Almaniyanın "Gerenberq”, BƏƏ-nin "Abu-Dabi”, Rusiyanın "Donçanka” və Rusiyanın "Yenisey” klublarının formasının geyinib. Təcrübəli forvard 2008-ci ildən Azərbaycanın U-17, U-19, U-21 yığmalarında çıxış edib. Cəfərzadə əsas milliyə 2010-cu ildən dəvət alır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR