“Qəbələ”nin keçmiş futbolçusu məşqçi oldu
Kateqoriya məlum deyil
"Qəbələ”nin keçmiş futbolçusu Aleksey Qay məşqçiliyə başlayıb.
Sfera.az xəbər verir ki, 38 yaşlı mütəxəssis Ukraynanın "Çernomorets” komandasında məşqçi kimi çalışacaq. Qay baş məşqçi Aleksey Antonovun köməkçisi təyin olunub.
Qay 2013-2015-ci illərdə "Çernomorets”də, 2015/16 mövsümündə isə Antonovla birlikdə "Qəbələ”də çıxış edib.
Antonov bir müddət əvvəl "Çernomorets”in baş məşqçi təyin olunub.






