Ronaldo bu komandaya keçə bilər

İdman
14:30 / 11.03.2021
1223
"Yuventus"un ulduzu Kriştiano Ronaldo Devid Bekhemin klubu ilə əlaqə saxlayıb.
Sfera.az "Daily Star"a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu karyerasını ABŞ-da davam etdirə bilər. Portuqaliyalının MSL təmsilçisi "İnter Mayami" ilə əlaqə saxladığı bildirilir.
Qeyd edək ki, Kriştiano Ronaldonun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatır.