Logo

Teymur Rəcəbov fransalı şahmatçıya qalib gəldi

Teymur Rəcəbov fransalı şahmatçıya qalib gəldi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan şahmatçısı Teymur Rəcəbov "Opera Euro Rapid” turnirinin üçüncü mərhələsində fransalı Maksim Vaşye-Laqrav ilə üçüncü yer uğrunda ilk görüşünü keçirib.

Sfera.az xəbər verir ki, şahmatçımız fransalı rəqibi ilə ilk partiyanı heç-heçə ilə başa vurub, ikinci partiyada inamlı qələbə qazanıb. Sonrakı oyunda məğlub olan şahmatçımız son partiyada üstün oyun nümayiş etdirməklə ümumi hesabda irəli çıxıb. Beləliklə, birinci matçda T.Rəcəbov 2,5:1,5 hesab ilə qələbə qazanıb.

Qeyd edək ki, fevralın 14-də cavab oyunları keçiriləcək. İki gün ərzində keçiriləcək oyunlarda qalib müəyyənləşməsə tay-breyk oynanılacaq.

Xatırladaq ki, Teymur Rəcəbov "Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - "Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR