Logo

Teymur Rəcəbov qələbəni qoruya bilmədi

Teymur Rəcəbov qələbəni qoruya bilmədi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin 1/4 finalında mübarizəyə başlayıb.

Sfera.az məlumatına görə, rəqib Niderlandı təmsil edən Aniş Giridir. Tərəflər arasında ilk günün 4 qarşılaşması heç-heçə ilə yekunlaşıb - 2:2. İlk 2 partiyada şahmatçılar xalları yarı bölüblər. Üçüncü partiyada Rəcəbov qələbə qazansa da, dördüncü sınağında məğlub olub.

Fevralın 10-da Azərbaycan və Niderland təmsilçiləri yenidən üz-üzə gələcəklər. Növbəti 4 görüşdə də qalib müəyyənləşməsə, tay-breyk olacaq.

Qeyd edək ki, Aniş Giri seçmə mərhələni 9,5 xalla 2-ci, Teymur Rəcəbov 8 xalla 7-ci pillədə başa vurub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR