Logo

“Neftçi”də ispan məşqçi

“Neftçi”də ispan məşqçi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub.

Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini Eduardo Karo yetirəcək. 28 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.

Qeyd edək ki, İspaniyanın "Terrassa” (2015-2017), "Gava” (2017-2018), Səudiyyə Ərəbistanının "Əl-Hilal” U-23 (2018-2019) və Türkiyənin "Gənclərbirliyi” (2020) klublarında çalışmış Karo 2019/2020-ci illər mövsümündə "Sumqayıt”ın fiziki hazırlıq üzrə məşqçisi olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR