Logo

Teymur Rəcəbov finalda erməni Levon Aronyanla oynayacaq

Teymur Rəcəbov finalda erməni Levon Aronyanla oynayacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov onlayn blits şahmat üzrə "Airthings Masters” turnirinin finalına yüksəlib.

Sfera.az-ın məlumatına görə, 34 yaşlı şahmatçı yarımfinalda rusiyalı Daniil Dubovu mübarizədən kənarlaşdırmaqla bu hüquqa yiyələnib.

İlk görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edən Rəcəbov ikinci matçını bu gün keçirib. Qrossmeysterimiz növbəti duelinin ilk 2 oyunda qələbə qazandığından ən azı heç-heçəni təmin edib və digər qarşılaşmaların əhəmiyyəti qalmayıb. Bu səbəbdən də həmyerlimiz finala yüksəlib. O, reqlamentə əsasən yanvarın 2-də və 3-də həlledici qarşılaşmalara çıxacaq. İki görüşün nəticəsinə əsasən çempion müəyyənləşməsə, tay-brek oynanılacaq.

Finalda isə həmyerlimizin rəqibi Maksim Vaşye-Laqrava (Fransa) qalib gələn Levon Aronyan (Ermənistan) olacaq.

Qeyd edək ki, yarımfinalda uduzan Dubovla Vaşye-Laqrav 3-cü yer üçün oynayacaqlar. /Apasport

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR