Qurban Qurbanov: "İmkanım olan kimi Şuşaya da gedəcəyəm"
Sfera.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XIII turunda evdə "Zirə"yə 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis bildirib ki, matçın gedişatı elə idi ki, "Zirə" 4:0 hesabı ilə də qələbə qazana bilərdi: "Uduzan komanda irəli atılanda boşluqlar olur. İnam isə həmişə var. Daim qələbəyə ümid olur. 2:0-dan oyunu çevirmək asan deyil. Qırmızı vərəqə də oyuna təsir etdi".
Kiminsə gedəcəyi inandırıcı görünmür. Gələnlər isə sual altındadır, futbolçu tapmaq asan deyil. Axtarışdayıq, amma hələ ki, heç nə yoxdur".
Dekabra kimi bizim üçün heç də asan keçmir. 3 gündən bir oyunlarımız olub və böyük hesabla qalib gəlmişik. Zədəli oyunçuların olması məni narahat edirdi. Çempion olmaq heç vaxt asan olmayıb. Bəlkə də bu mövsüm son turda qalib bilinəcək. Pandemiyaya görə dünya futbolunda da böyük dəyişikliklər var. Böyük klublar da istədiyi oyunu göstərə bilmir. Futbolçu xəstələnir və formasından uzaq qalır".
Koronavirusa yoluxması haqqında: "Mənim üçün çətin keçmədi, eşitdiyiniz simptomlar məndə mən var idi. Bir gün iy bilmədim. Ciddi müalicə olundum. Siz də özünüzü qoruyun, həqiqətən ciddi xəstəlikdir. Özüm də çox ciddiyə almırdım. Xəstəlik gələndən sonra ürəkli oğlan ehtiyatlanırdı (gülür). Ağdama getməyi çox istəyirdim. Futbolçular istirahət etmədi, İstanbuldan gələndən sonra Ağdama getdilər. Mən də getməyi çox istəyirdim. Amma test müsbət oldu. Mən indi də çox getmək istəyirəm. İşğaldan azad olunmuş əraziləri hamımız çox görmək istəyirik. İmkanım olan kimi Şuşaya da gedəcəyəm".






