Logo

Şəhriyar Məmmədyarov beynəlxalq yarışa getməkdən imtina etdi

Şəhriyar Məmmədyarov beynəlxalq yarışa getməkdən imtina etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-An-Zee şəhərində keçiriləcək şahmat üzrə "Tata Steel Chess Tournament”də iştirak etməyəcək.

Sfera.az-ın məlumatına görə, qrossmeyster 83-cü dəfə təşkil olunacaq yarışa qatılmamağa qərar verib.

Məmmədyarov bu barədə təşkilatçıları məlumatlandırıb. Bu səbəbdən də yanvarın 15-31-də baş tutacaq yarışda ona əvəzləyici tapılıb.

Turnirdə Şəhriyarı hindistanlı Pentala Harikrişna əvəzləyəcək. O, sonuncu dəfə 2017-ci ildə bu turnirdə çıxış edib.

Qeyd edək ki, turnirdə 14 şahmatçı qüvvəsini sınayacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR