Logo

Kamran Ağayevin atası koronavirusdan dünyasını dəyişdi

Kamran Ağayevin atası koronavirusdan dünyasını dəyişdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Səbail" klubunda çıxış edən Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayevin atası Adilxan Ağayev vəfat edib.

Bu barədə Sfera.az-a "Səbail"in baş məşqçisi Aftandil Hacıyev məlumat verib. O, A. Ağayevin 72 yaşında koronavirusdan dünyasını dəyişdiyini söyləyib.

Hacıyev mərhumun dəfn üçün Şabran şəhərinə aparıldığını vurğulayıb.

Qeyd edək ki, Adilxan Ağayev şəhər məktəblərindən birində Bədən tərbiyəsi fənnini tədris edib. O, əvvəllər Şabranın "Bərəkət" futbol komandasının baş məşqçisi olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR