Logo

Karantin qaydalarını pozan futbolçu komandadan qovuldu

Karantin qaydalarını pozan futbolçu komandadan qovuldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Belçikanın "Ostende" komandası oyunçusu Fabris Ondoa ilə müqaviləni pozub.

Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna kamerunlu qapıçının koronavirus pandemiyası dövründə əyləncə məclisi təşkil etməsi səbəb olub.

Hadisə ötən həftə baş verib. 24 yaşlı qolkiperin evindən çox səs-küy gəldiyini eşidən qonşular polis çağırıblar. Bu zaman Ondoanın təqribən 10 nəfərlik məclis quraraq karantin qaydalarını pozduğu üzə çıxıb.

Hadisə yerinə gəlmiş polislər qonaqların hücumuna məruz qalıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR