Logo

AİBA-ya yeni prezident seçildi

AİBA-ya yeni prezident seçildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) yeni prezidenti məlum olub.

Sfera.az-ın məlumatına görə, bu gün keçirilən növbədənkənar Konqresdə rusiyalı Umar Kremlyov yeni prezident seçilib.

Koronavirus pandemiyası səbəbindən onlayn təşkil edilən tədbirdə Kremlyov respondentlərin 57,33 faiz səsini toplayıb. Yeni prezident 2017-ci ildən çalışdığı Rusiya Boks Federasiyasının baş katibi vəzifəsindən istefa verib. 38 yaşlı Kremlyov eyni zamanda Avropa Boks Konfederasiyasının birinci vitse-prezidentidir.

Qeyd edək ki, AİBA prezidentliyinə ümumilikdə 7 namizəd təsdiqlənmişdi ki, onlardan biri Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov olub.

ApaSport

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR