Logo

Avropa Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq

Avropa Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dekabrın 10-u gecə saatlarında dünyasını dəyişən İtaliya millisinin və "Yuventus" klubunun sabiq futbolçusu Paolo Rossinin xatirəsi UEFA Avropa Liqasının oyunlarında anılacaq.

Sfera.az  xəbər verir ki, turnirin qrup mərhələsinin sonuncu - VI turunda bu gün keçiriləcək 23 qarşılaşma 1 dəqiqəlik sükutla başlayacaq.

64 yaşında vəfat edən keçmiş hücumçunun ölümünə ağciyər xərçəngi səbəb olub.

Qeyd edək ki, Paolo Rossi 1982-ci ildə İtaliya yığması ilə dünya çempionu olub. Mundialın ən yaxşı oyunçusu seçilən forvard həmin il "Qızıl Top" mükafatını da qazanıb.

Rossi Turin təmsilçisinin heyətində iki dəfə ölkə çempionatının və bir dəfə Kuboklar Kubokunun qalibi olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR