Logo

UEFA 2 kluba xəbərdarlıq etdi

UEFA 2 kluba xəbərdarlıq etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Almaniyanın "Borussiya" (Dortmund) və İtaliyanın "Latsio" klubları UEFA-dan xəbərdarlıq alıb.

Sfera.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna Dortmund təmsilçisinin baş məşqçisi Lüsyen Favrla Roma komandasına rəhbərlik edən Filippo İnzaginin hərəkəti səbəb olub.

Hər iki mütəxəssis qrup mərhələsinin V turunun Almaniyada keçirilmiş matçında start fitini gecikdirdikləri üçün sözügedən klublara sanksiya tətbiq olunub. Həmçinin "Borussiya" ev sahibi kimi 10 000 avro məbləğində cərimələnib.

Qeyd edək ki, dekabrın 2-də baş tutan "Borussiya" - "Latsio" görüşü 1:1 hesabı ilə yekunlaşıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR