Logo

Millimizin Avropada qarşılaşmadığı 4 rəqib - SİYAHI

Millimizin Avropada qarşılaşmadığı 4 rəqib - SİYAHI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Futbol üzrə Azərbaycan millisi tarixində ilk dəfə İrlandiya yığması ilə üz-üzə gələcək.

Sfera.az xəbər verir ki, 2022-ci il dünya çempionatının seçmə mərhələsində eyni qrupa düşən komandalar indiyədək nə yoxlama, nə də rəsmi turnirlərdə qarşılaşıb.

Azərbaycan yığması üçün son belə rəqib bir ay əvvəl yoldaşlıq görüşündə qolsuz heç-heçə etdiyi Sloveniya idi. Bununla da Azərbaycanın UEFA-nın üzvü olan 54 rəqib ölkədən heç vaxt qarşılaşmadığı 4 ölkə qalıb - Ermənistan, Cəbəllütariq, Niderland və Şotlandiya.

Yəni, İrlandiya Avropada yığma üçün 51-ci rəqib olacaq.

Qeyd edək ki, Azərbaycan və İrlandiya yığmaları DÇ-2022-nin seçmə mərhələsində Serbiya, Portuqaliya və Lüksemburqla birlikdə A qrupunda qərarlaşıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR