Logo

“Qarabağ”ın daha 5 futbolçusu koronavirusa yoluxub

“Qarabağ”ın daha 5 futbolçusu koronavirusa yoluxub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Makkabi" ilə matçdan geri döndükdən sonra Peşəkar Futbol Liqasının tələblərinə əsasən Premyer Liqanın XII turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlıqları çərçivəsində növbəti dəfə koronavirus testindən keçib

Sfera.az xəbər verir ki, testin nəticələrinə görə futbolçularımız Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov və Kevin Medinada koronavirus aşkarlanıb.

Daha öncə isə testin nəticəsi pozitiv olan daha iki futbolçumuz: Mahir Emreli və Abbas Hüseynov da müalicələrini davam etdirir.

Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev müalicəsini tamamlayaraq Bakıya qayıdıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR