Logo

“Qarabağ” Avroliqada ilk xalını qazandı

“Qarabağ” Avroliqada ilk xalını qazandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan çempionu "Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Sfera.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qrupdakı sonuncu ev matçında İsrail təmsilçisi "Makkabi” (Təl-Əviv) ilə üz-üzə gəlib.

Əvvəlki ev oyunlarında olduğu kimi, "Qarabağ” bu rəqibini də məlum səbəblərdən İstanbulda qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bununla da təmsilçimiz qrupda ilk xalını qazanıb.

Qeyd edək ki, qrupun eyni vaxtda başlayan digər görüşündə "Vilyarreal” səfərdə "Sivasspor”a 1:0 hesabı ilə qalib gəlib.

Avropa Liqası

İ qrupu

3 dekabr

21:55. "Qarabağ” - "Makkabi” - 1:1 (İkinci hissə)

Qol: X. Romeo, 37 - Cohen, 22 (pen)

Baş hakim: Robert Hennessi (İrlandiya).

İstanbul (Türkiyə). "Başakşəhər Fatih Terim” stadionu.

Vilyarreal – 13, Makkabi – 8, Sivasspor – 6, Qarabağ – 1.

"Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 77. Donald Gerye, 8. Uroş Matiç, 2. Qara Qarayev (k), 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 44. Elvin Cəfərquliyev, 7. Ovusu Kvabena, 9. Xayme Romero, 18. İsmayıl İbrahimli

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev

Məşqçi: Elçin Rəhmanov

"Makkabi”: 19. Daniel Tennenbaum, 30. Maor Kandil, 18. Eytan Tibi, 21. Şeran Yeini (k), 27. Ofir Davidzada, 23. Eyal Qolasa, 42. Dor Perets, 24. Yonatan Kohen, 44. Luis Ernandes, 17. Dan Biton, 9. Nik Blekmen

Ehtiyat oyunçular: 1. Daniel Perets, 3. Matan Baltaksa 11. Tal Ben Haim, 22. Avi Rikan, 25. Amit Qlazer, 29. Eylon Almoq, 39. Eduardo Gerrero, 47. Eden Karzev, 10. Etey Şexter, 6. Dan Qlazer, 31. Şahar Piven, 72. Aleksandar Peşiç

Baş məşqçi: Giorgios Donis

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR