Logo

Məşhur futbolçu karyerasını bitirdi

Məşhur futbolçu karyerasını bitirdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İspaniyanın "Atletiko" klubunun sabiq futbolçusu Qabi karyerasını başa vurub.

Sfera.az xəbər verir ki, yarımmüdafiəçi 37 yaşında futbolla vidalaşıb. İspaniyalı oyunçu son olaraq Qətərin "Əl-Sədd" komandasının formasını geyinib. Onun "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin köməkçisi olacağı gözlənilir.

Qeyd edək ki, Qabi 2004 - 2007 və 2011 - 2018-ci illərdə "Atletiko"nun formasını geyinib. Madrid təmsilçisinin yetirməsi olan oyunçu İspaniya La Liqasının, ölkə kubokunun və iki dəfə Avropa Liqasının qalibi olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR