Logo

Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun son görüşü keçiriləcək.

Sfera.az-ın məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" "Qəbələ"ni qəbul edəcək. Əslində bu oyunun noyabrın 28-də təşkili nəzərdə tutulmuşdu. Lakin "Qəbələ"nin heyətində koronavirusa yoluxmuş futbolçular üzündən qarşılaşmanın 30 noyabra təxirə salınması qərara alınmışdı.

Hazırda "Sumqayıt" 15 xalla 4-cü, "Qəbələ" 8 xalla 8-ci yerdə gedir. Meydan sahibləri qalib gəlsələr, bir pillə irəliləyəcəklər. Qonaqları isə qələbə 6-cı pilləyə yüksəldəcək.

İndiyədək bu komandalar çempionatda 32 dəfə üz-üzə gəliblər. Bunların 4-də "Sumqayıt", 18-də "Qəbələ" üstün olub, 10 matçda isə heç-heçə qeydə alınıb. "Qırmızı-qaralar" topların nisbətində də böyük fərqlə öndədir - 54:25.

Digər tərəfdən, "Qəbələ” son üç oyunda uduzmayıb. "Sumqayıt” evdə keçirdiyi son üç matçdan qolsuz və xalsız ayrılmayıb.

Azərbaycan Premyer Liqası, XI tur

30 noyabr (bazar ertəsi)

16:00. "Sumqayıt" - "Qəbələ"

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Asif Əliyev

"Kapital Bank Arena"

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Zirə" ilə 0:0, "Keşlə" "Sabah"la və "Səbail" "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR