Logo

Millimizin 3 futbolçusu Bakıya qayıtmadı

Millimizin 3 futbolçusu Bakıya qayıtmadı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI turunun Lüksemburqla oyunundan (0:0) sonra Bakıya tam heyətlə qayıda bilməyib.

Sfera.az xəbər verir ki, koronavirusa yoluxmuş milli üzvləri - Təmkin Xəlilzadə və Rahil Məmmədov Xorvatiyada, kapitan Maksim Medvedev isə Lüksemburqda qalıb. Hər 3 futbolçu test nəticələri neqativ çıxanadək sözügedən ölkədə karantində olacaqlar.

Xəlilzadə ilə Məmmədovda Monteneqro ilə matçdan (0:0) öncə infeksiya aşkarlanıb. Medvedevdən götürülən test nümunəsi isə qrupun son matçından əvvəl müsbət nəticə verib.

Qeyd edək ki, Azərbaycan yığması səfərə 29 futbolçu ilə çıxmışdı.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR