Logo

Azərbaycan Kubokunun püşkü atılacaq

Azərbaycan Kubokunun püşkü atılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Futbol üzrə Azərbaycan Kubokunda 2020/2021-ci illər mövsümünün iştirakçı komandaları müəyyənləşib.

Sfera.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan "Turan Tovuz”, "Zaqatala”, "Kəpəz” və "Qaradağ Lökbatan” mübarizə aparacaq.

"CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq püşkatma mərasimi 24 noyabrda AFFA-nın inzibati binasında keçiriləcək.

Saat 13:00-da başlayacaq tədbir Azərbaycanda koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR