Logo

Millimiz Lüksemburqa qarşı

Millimiz Lüksemburqa qarşı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sonuncu oyununa çıxacaq.

Sfera.az xəbər verir ki, Canni de Byazinin baş məşqçisi olduğu yığmamız Lüksemburqda meydan sahibləri ilə görüşəcək.

C liqasının 1-ci qrupunun son turunun qarşılaşması hər iki komandanın taleyinə aydınlıq gətirəcək. Lüksemburq qrup qalibi kimi B liqasına yüksəlmək uğrunda mübarizə aparır. Millimiz isə sonuncu yerlə C liqasında qalmaq uğrunda pley-offa düşməmək üçün çalışır.

Qeyd edək ki, qrupun eyni vaxtda başlayacaq digər matçında Monteneqro və Kipr yığmaları üz-üzə gələcək.

UEFA Millətlər Liqası

C liqası, 1-ci qrup

17 noyabr

23:45. Lüksemburq - Azərbaycan

Baş hakim: Feliks Zvayer (Almaniya).

Lüksemburq. Joze Bartel stadionu.

Monteneqro – 10, Lüksemburq – 9, Azərbaycan – 5, Kipr – 4.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR