Logo

Millimizin DÇ-2022-dəki səbəti dəqiqləşdi

Millimizin DÇ-2022-dəki səbəti dəqiqləşdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki səbəti dəqiqləşib.

Sfera.az  xəbər verir ki, yığmamız püşk zamanı 5-ci səbətdə yer alacaq.

Ötən ay açıqlanan FIFA reytinqində 1175 xalla 114-cü olan Azərbaycan yığması Avropada 45-ci idi. Bu ay üç oyuna çıxan millimiz Sloveniya və Monteneqro ilə heç-heçələr sayəsində aktivinə 4,5 xal yazıb.

Lüksemburqla oyunun nəticəsindən asılı olmayaraq Azərbaycan yığmasının 4-cü səbətə qalxması və ya daha aşağı reytinqli yığmalarla birlikdə 6-cı səbətdə yer alması mümkün deyil.

Püşkatma mərasimi dekabrın 7-də keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR