Logo

Braziliya klubu Balotelli ilə danışıqlar aparır

Braziliya klubu Balotelli ilə danışıqlar aparır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli karyerasını Braziliyada davam etdirə bilər.

Sfera.az  "Sky Sport"a istinadən xəbər verir ki, "Vasko da Qama" 30 yaşlı hücumçunun transferi ilə bağlı danışıqlara başlayıb.

Kluba yeni təyin edilən idman direktoru Fabio Kordelya bir neçə həftədir italiyalı oyunçu ilə əlaqə yaradır. Balotelli Braziliya təmsilçisinin təklifini bəyəndiyini, lakin hələ ki Avropa klublarından dəvət gözlədiyini söyləyib.

Qeyd edək ki, Mario Balotelli ötən mövsüm A Seriyasında "Breşiya"nın heyətində 19 oyuna 5 qol vurub. O, daha əvvəl ölkəsində "İnter", "Milan", İngiltərədə "Mançester Siti" və "Liverpul" kimi klubların formasını geyinib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR