Azərbaycan millisi bu gün Monteneqro ilə qarşılaşacaq
Kateqoriya məlum deyil
Futbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirəcək.
Sfera.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda UEFA Millətlər Liqasının V turunda Monteneqronu qəbul edəcək.
C Liqasının 1-ci qrupundakı qarşılaşma ölkədəki hərbi vəziyyətlə əlaqədar Xorvatiyanın Zapreşiç şəhərindəki "Ivan Laljak-Iviç” stadionunda baş tutacaq.
Bunadək 4 xal toplaya bilən yığma xal itirəcəyi təqdirdə qrup qalibi olmaq imkanından məhrum olacaq. Qazanılacaq 3 xal isə komandanın C Liqasında qalmasını rəsmiləşdirəcək.
Yığma qələbə qazana bilməsə də bu liqada qalması mümkündür. Qrupun digər görüşündə Kipr Lüksemburqu qəbul edəcək. Meydan sahibləri Azərbaycan seçməsindən yaxşı nəticə göstərməsə C Liqasında qalmaq üçün pley-offda mübarizə aparacaq.
Millətlər Liqası
V tur
21:00. Azərbaycan – Monteneqro
Baş hakim: Sergey İvanov (Rusiya)
Zapreşiç (Xorvatiya). "Ivan Laljak-Iviç" stadionu






