Logo

Araz Abdullayevin çıxış etdiyi klubda kütləvi YOLUXMA

Araz Abdullayevin çıxış etdiyi klubda kütləvi YOLUXMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin çıxış etdiyi Türkiyənin "Boluspor" klubunda koronavirusa yoluxan şəxslərin sayı artıb.

Sfera.az klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, bölgə təmsilçisində 5 oyunçu, 1 məşqçisi və klubun 3 işçisinin testi müsbət nəticələnib.

Beləliklə, 8 futbolçu, 1 məşqçi, 1 tibb işçisi və klubun 4 əməkdaşının koronavirus səbəbindən karantində olduğu açıqlanıb.

Qeyd edək ki, Araz Abdullayev Azərbaycan yığmasının 3 oyun üçün hazırkı təlim-məşq toplanışına çağırılmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR