Logo

Qurban Qurbanovun oğlu milliyə dəvət aldı

Qurban Qurbanovun oğlu milliyə dəvət aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan millisinin noyabrda keçirəcəyi ilin son oyunları üçün heyəti açıqlanıb.

Sfera.az xəbər verir ki, baş məşqçi Canni de Byazi qarşıdakı 3 görüşə çağıracağı futbolçuları müəyyənləşdirib.

Noyabrın 11-də Sloveniyaya qarşı yoldaşlıq görüşü, üç gün sonra Monteneqro, ayın 17-də isə Lüksemburqla Millətlər Liqası matçlarına 29 oyunçu dəvət olunub.

Geniş heyətə 3 yeni futbolçu cəlb olunub. Bunlar müdafiəçi Mert Çelik, "Sumayıt”ın yarımmüdafiəçisi Xəyal Nəcəfov və "Qarabağ”ın hücumçusu Musa Qurbanlıdır.

Qeyd edək ki, Musa Qurbanlı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğludur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR