Logo

"Qarabağ" "Sivasspor"la bu meydanda qarşılaşacaq

"Qarabağ" "Sivasspor"la bu meydanda qarşılaşacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Qarabağ" UEFA Avropa Liqasının I qrupunun IV turunda Türkiyə "Sivasspor"u ilə keçirəcəyi oyunun yerini müəyyənləşdirib.

Sfera.az xəbər verir ki, bu barədə Report-a Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov məlumat verib.

Klub rəsmisi bildirib ki, rəqibi İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qəbul etmək istəyirlər: "UEFA-ya müraciət etmişik. Hazırda bununla bağlı danışıqlar gedir. Amma hələ rəsmi təsdiq yoxdur".

Qeyd edək ki, noyabrın 26-də olacaq "Qarabağ" - "Sivasspor" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi Azərbaycandakı hərbi vəziyyətlə bağlı ev qarşılaşmalarını neytral meydanda oynamalıdır. "Qarabağ" II turun İspaniya "Vilyarreal"ı ilə matçını (1:3) da "Başakşehir" klubuna məxsus stadionda keçirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR