Logo

“Sivasspor”un üç futbolçusu “Qarabağ”la matçı buraxacaq

“Sivasspor”un üç futbolçusu “Qarabağ”la matçı buraxacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin "Sivasspor” klubunun 3 futbolçusunun Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Azərbaycan çempionu "Qarabağ”la oyunu buraxacağı dəqiqləşib.

Sfera.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rza Çalımbay bu gün baş tutan mətbuat konfransında məlumat verib.

57 yaşlı mütəxəssis bildirib ki, Ziya Erdal, Aaron Appindanqoe və Xorxe Feliksin oynamayacağı dəqiqdir.

Marselo Qoyano və Erdoğan Yeşilyurtun durumu isə bəlli deyil.

Qeyd edək ki, noyabrın 5-də "Yeni Sivas 4 Eylül” stadionunda keçiriləcək "Sivasspor” – "Qarabağ” matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR