Logo

UEFA "Qarabağ"ın rəsmisi ilə bağlı açıqlama yaydı

UEFA "Qarabağ"ın rəsmisi ilə bağlı açıqlama yaydı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

UEFA Azərbaycanın "Qarabağ" klubunun rəsmisi Nurlan İbrahimovla bağlı açıqlama yayıb.

Sfera.az xəbər verir ki, qitənin ali futbol qurumu Ağdam  klubunun Mətbuat Xidmətinin rəhbərini sosial mediada etdiyi paylaşımda "əsas davranış qaydalarını pozduğu" üçün oyunlarda iştirakına müvəqqəti olaraq qadağan qoyub.

UEFA Nurlan İbrahimovun irqçi və ayrı-seçkilik davranışında ittiham olunduğunu bildirib.

Yazıda qeyd olunub ki, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağla bağlı gedən döyüşlərdə Azərbaycan şəhərləri vurulub, mülki vətəndaşlardan qadın və uşaqlar öldürülüb. Klub rəsmisi bu hadisədən sonra etdiyi paylaşıma görə kənarlaşdırılıb.

Qeyd edək ki, "Qarabağ” klubu bu barədə paylaşım edərək Nurlan İbrahimovun statusu emosional vəziyyətdə yazdığını, daha sonra peşmanlıq hissi ilə silib. Açıqlamada klubun mövqeyinin həmin statusla üst-üstə düşmədiyi və N. İbrahimovun statusu ilə bağlı araşdırma getdiyi qeyd edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR