Logo

"Qarabağ" Türkiyəyə yollandı

"Qarabağ" Türkiyəyə yollandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Noyabrın 5-də UEFA Avropa Liqasının qrup mərhələsinin III tur matçında Türkiyədə "Sivasspor"un qonağı olacaq "Qarabağ" Bakını tərk edib.

Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gün saat 11:30-da Sivas şəhərinə yollanıb.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtı ilə saat 19:40-da mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. Saat 20:00-da isə komanda matçın keçiriləcəyi "Yeni Sivas 4 Eylül" stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, "Sivasspor" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR