““Qarabağ”ın oyunu adama xoş gəlir” - Unay Emeri
Sfera.az xəbər verir ki, bunu İspaniya "Vilyareal"ının baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının I qrupunun II turunda İstanbulda "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
2 il əvvəl İngiltərə "Arsenal"ınln sükanı arxasında olarkən qarşılaşdığı "Qarabağ"la hazırkı komanda ilə müqayisə edən 49 yaşlı mütəxəssis ciddi dəyişiklik görmədiyini bildirib: "Qarabağ"ın çox cəzbedici oyunu var. Adama xoş gəlir. İki il əvvəlki ilə indiki komanda hardasa oxşardır".
İspaniyalı baş məşqçinin sözlərinə görə, qol buraxandan sonra komandası sakitliyini qoruya bilib: "Bunun nəticəsində qələbə qazandıq. Penalti oyunun nəticəsinə təsir etmədi. VAR sistemi ilə daha dəqiq müəyyənləşdirmək olardı. Məncə, təmas var idi".
"Qarabağ"ın qrupdan çıxmaq şanslarını dəyərləndirən Emeri bunları deyib:
"Bu gün qələbə bizim üçün vacib idi. Qrupda birinci olmaq istəyirik. Qarşıda oyunlar var. Düşünürəm ki, "Qarabağ"ın da şansı var".






