AFFA liqaların startını təxirə saldı

İdman
17:23 / 16.10.2020
2498
AFFA-nın təşkil etdiyi aşağı yaş qrupu üzrə liqalarda 2020/2021-ci illər mövsümünün startı təxirə salınıb.
Sfera.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 17 - 23 oktyabrda keçirilməsi nəzərdə tutulan bütün liqaların oyunları ertələnib.
Buna Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusun yayılmasına görə tətbiq etdiyi məhdudiyyətlər səbəb olub. Qurum matçların keçiriləcəyi tarixlər barədə əlavə məlumatların veriləcəyini bildirib.