Logo

"Şanlı ordumuz doğma diyarlarımızda haqq-ədaləti bərpa edəcək!" - Teymur Rəcəbov

"Şanlı ordumuz doğma diyarlarımızda haqq-ədaləti bərpa edəcək!" - Teymur Rəcəbov
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan millisinin şahmatçısı Teymur Rəcəbov Dağlıq Qarabağda baş verən hadisələrə münasibət bildirib.

Sfera.az xəbər verir ki, dünya kubokunun sahibi "Instagram" hesabında Ermənistanın Azərbaycana qarşı təcavüzünü kəskin şəkildə qınayıb:

"Artıq bir neçə gündür ki, Vətənimizdə qanlı döyüşlər davam edir. Erməni işğalçı qüvvələri tarixi, əzəli Azərbaycan torpaqlarında xalqımıza qarşı hərbi əməliyyatlar aparmaqdadır. Erməni işgalçı qüvvələri dərhal bizim torpaqlarımızı tərk etməlidir! Bu, mövcud vəziyyətin həlli üçün yeganə çıxış yoludur. Şanlı ordumuzun cəsur əsgərləri düşməni qətiyyətlə dəf edərək doğma diyarlarımızda haqq-ədaləti bərpa edəcəklər! Qarabağ Azərbaycandır! Qarabağ hər zaman Vətənimizin ayrılmaz hissəsi olub və olacaq!”.

Qeyd edək ki, Teymur Rəcəbov Qarabağ mövzusunda "Twitter" hesabında da davamlı paylaşımlar edir.

"Şanlı ordumuz doğma diyarlarımızda haqq-ədaləti bərpa edəcək!" - Teymur Rəcəbov

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR