Logo

Azərbaycan millisi Kipri bu dəfə məğlub edə bilmədi

Azərbaycan millisi Kipri bu dəfə məğlub edə bilmədi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Sfera.az saytının məlumatına görə, yığmamız Millətlər Liqasının IV turunda Kiprlə üz-üzə gəlib.

Canni de Byazinin yetirmələri II dövrənin ilk matçını Albaniyada keçirib. Yığmamızın ev oyunu Elbasanda baş tutub.

Qrupda buna qədər yeganə qələbəsini Kipr üzərində səfərdə əldə edən (1:0) komandamız oyunboyu böyük üstünlüyə malik olub. Saysız-hesabsız qol şanslarını əldən verən futbolçularımız qolsuz bərabərliklə kifayətlənməli olub. Bununla Kipr qrupda ilk xalını əldə edib.

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu noyabrın 14-də Monteneqroya qarşı keçirəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR