Logo

Türkiyənin aparıcı klublarının borcları və ziyanları açıqlandı

Türkiyənin aparıcı klublarının borcları və ziyanları açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən 4 böyük klubun borcları açıqlanıb.

Sfera.az  xəbər verir ki, "Fənərbağça"nın 5,2 milyard, "Beşiktaş"ın 3,33 milyard TL, "Qalatasaray"ın 3,30 milyard TL, "Trabzonspor"un isə 1,25 milyard TL borcu var.

2012-ci ildə ümumi borc 2 milyard TL olub, 8 ildən sonra isə artaraq 13 milyard TL-ni keçib. 8 mövsümdə bu klubları borcları 534 faiz artıb.

Bundan əlavə İstanbul nəhənglərinin 3 ay ərzindəki ziyanları da bəlli olub. 1 iyun - 31 avqust tarixlərini əhatə edən hesabatda "Beşiktaş" 40 milyon TL, "Qalatasaray" 39 milyon TL, "Fənərbağça" isə 31 milyon TL ziyana düşüb.

(report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR