Stavros Papadopulos: \"Kipr millisində xaos hökm sürür\"

Stavros Papadopulos: \
 "Səviyyəcə özümüzdən aşağı olan komandalarla oynamaq və xal qazanmamaq mümkün deyil. Bizi narahat edən budur. İnanıram ki, vəziyyəti yaxşılaşdırmağın hansısa yolu var. Hazırda isə hədəflərimizdən uzağıq".

Sfera.az-ın məlumatına görə, bu fikirləri Kipr millisinin sabiq baş məşqçisi Stavros Papadopulos yığmanın UEFA Millətlər Liqasında uğursuz çıxışı barədə danışarkən deyib.

67 yaşlı mütəxəssis bildirib ki, komandanın oyununda irəliləyiş nəzərə çarpmır: "Azərbaycan, Monteneqro, Lüksemburq kimi yığmaları udmamaq mümkün deyil. Milliyə cəlb olunan gəncləri məyus etdik. Kipr üçün Lüksemburqdakı məğlubiyyət təhqirir. Qarşıda 3 oyun qalıb, onları uda və şansları saxlaya bilərik. Hazırda yığmada xaos hökm sürür. Amma vəziyyətin düzələcəyinə dair zəmanət də var".

Qeyd edək ki, oktyabrın 13-də Albaniyanın Elbasan şəhər stadionunda keçiriləcək Azərbaycan - Kipr görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 
(report)

OXŞAR XƏBƏRLƏR