UEFA millimizin oyunundakı erməni hakim-inspektoru dəyişdi

UEFA millimizin oyunundakı erməni hakim-inspektoru dəyişdi
UEFA Millətlər Liqasının qrup mərhələsində III turun Monteneqro - Azərbaycan oyununun təyinatında dəyişiklik olub.

Sfera.az  xəbər verir ki, UEFA matçın erməni əsilli hakim-inspektoru Paskal Qaribyanı avstriyalı Stefan Messnerlə əvəzləyib.

Messner bu qrupun Lüksemburq - Kipr matçına təyinat almışdı. Qitə futbol qurumu Azərbaycan və Ermənistan arasında baş verən hadisələrlə bağlı hakim-inspektorların yerini dəyişməyi məqsədəuyğun hesab edib.

Qeyd edək ki, oktyabrın 10-da Podqoritsadakı "Qradski" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. 

OXŞAR XƏBƏRLƏR