Logo

Millimizin səfər planı müəyyənləşdi

Millimizin səfər planı müəyyənləşdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan yığması UEFA Millətlər Liqasında qrup mərhələsinin Monteneqro və Kipr lə oyunlarına tam heyətlə hazırlaşır.

Bu barədə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

Qurum rəsmisi bildirib ki, komanda oktyabrın 8-i saat 17:00-da çarter reysi ilə Podqoritsa şəhərinə yola düşəcək. Milli üzvləri Monteneqro ilə oyundan sonra birbaşa Kiprlə qarşılaşma üçün Albaniyaya yollanacaq: "Böyük ehtimalla, Elbasana Podqoritsadan quru nəqliyyatı ilə gedəcəklər. Çünki Monteneqrodan Albaniyaya məsafə yaxındır, 2 saatlıq yoldur".

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 10-da Monteneqronun qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə 17:00-da başlayacaq. Kiprlə Bakıda keçirilməli olan görüş isə bölgədəki vəziyyətlə bağlı Albaniyada baş tutacaq. Elbasan şəhər stadionunda oynanılacaq matç Bakı vaxtı ilə 20:00-da start götürəcək.

(report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR