Logo

"Qarabağ" braziliyalı futbolçuya təklif göndərdi

"Qarabağ" braziliyalı futbolçuya təklif göndərdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Birləşmiş Ərəb Əmirliklərinin "Xor Fakkan" klubunda çıxış edən braziliyalı futbolçu Bruno Lamas Azərbaycan təmsilçisinin maraq dairəsinə düşüb. 

Sfera.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "Vavel" nəşrinə açıqlamasında "Qarabağ"dan təklif aldığını bildirib.

Lamas Ağdam təmsilçisi ilə yanaşı ölkəsinin "Fluminense", "Vasko da Qama" və digər ölkələrin klublarının da onunla maraqlandıqlarını söyləyib. Daha əvvəl Portuqaliyanın "Leyşoynş" və "Santa Klara" komandalarında oynayan futbolçu gələcəkdə Avropaya qayıda biləcəyini də istisna etməyib.

Qeyd edək ki, Bruno Lamasın klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR