Azərbaycan Premyer Liqası: "Sumqayıt" "Qəbələ"yə, "Neftçi" "Zirə"yə qarşı

Azərbaycan Premyer Liqası:
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında daha 2 oyun keçiriləcək.

Sfera.az xəbər verir ki, günün ilk matçı əyalətdə olacaq. "Qəbələ" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək.

4 turdan sonra 3 xalı olan "qırmızı-qaralar" sonuncu pillədə qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisi isə 7 xalla 2-ci sıradadır.

Ölkə çempionatında 31 dəfə üz-üzə gəlmiş tərəflərin duelində "Qəbələ"18, "Sumqayıt" 4 dəfə qələbə sevinci yaşayıb. 9 matçda qalib müəyyənləşməyib. Topların nisbəti də meydan sahiblərinin xeyirinədir - 53-24. "Qəbələ” 16 ev oyununun yalnız birində uduzub. "Sumqayıt” son 4 matçda bir dəfə xalsız qalıb.

Günün son oyununda isə "Zirə" və "Neftçi" komandaları üz-üzə gələcəklər. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq.

Komandalar 7 xalla turnir cədvəlində 3-4-cü yerləri bölüşdürür. Tərəflər Premyer Liqada 18 dəfə qarşılaşıblar. Bu oyunların 9-da "Zirə", 4-də "Neftçi" qalib gəlib. 5 qarşılaşmada isə heç-heçə qeydə alınıb. "Qartallar"ın vurduğu 21 qola "ağ-qaralar" 18 qolla cavab veriblər. Son 5 oyunda qonaq olan komanda qələbə qazanmayıb. "Neftçi” son 8 matçda bir dəfə uduzub.

3 oktyabr (şənbə)

Azərbaycan Premyer Liqası, V tur

14:00. "Qəbələ”– "Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu.

16:00. "Zirə” – "Neftçi”
Hakimlər:
 Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəhim Həsənov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, turun açılış oyununda "Keşlə" səfərdə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib. "Qarabağ" - "Səbail" matçı isə təxirə salınıb.


OXŞAR XƏBƏRLƏR

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...

Prezidentdən Silahlı Qüvvələr Günü paylaşımı - FOTO

Prezident İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşımı təqdim edir: ...