Logo

"Atletiko" Luis Suareslə müqavilə bağladı

"Atletiko" Luis Suareslə müqavilə bağladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 İspaniyanın "Barselona" komandasından ayrılan Luis Suaresin La Liqanın digər təmsilçisi "Atletiko"ya keçidi rəsmiləşib.

Sfera.az Madrid klubunun saytına istinadən xəbər verir ki, bu gün tibbi müayinədən keçən uruqvaylı futbolçu ilə müqavilə imzalanıb.

33 yaşlı forvard qarşıdakı 2 mövsümü "Atletiko"da keçirəcək.

Qeyd edək ki, Suares 2014-cü ildən "Barselona"da çıxış edirdi. O, ötən mövsüm meydana çıxdığı 36 oyunda 21 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR