Logo

"Fənərbaxça" Sanqareni transfer etdi

"Fənərbaxça" Sanqareni transfer etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Fənərbaxça" növbəti transferini reallaşdırıb.

Sfera.az klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Antalyaspor"un sağ cinah müdafiəçisi Nazim Sanqareni transfer edib. Türkiyə millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb.

"Sarı-lacıvərdlilər" bu keçid üçün 1,75 milyon avro təzminat ödəyib. "Fənərbaxça" qarşı tərəfə oyunçu verəcək və növbəti satışdan "Antalyaspor"a pay düşəcək.

Nazim 2017-ci ildə Almaniyanın "Osnabrük" klubundan "Antalyaspor"a keçib. 26 yaşlı futbolçu ötən mövsüm keçirdiyi 24 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR